Elektron icazə - VİDEO

Elektron icazə - VİDEO

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün elan edilən xüsusi karantin rejimi dövründə küçəyə çıxan zaman hər kəsin üzərində şəxsiyyət vəsiqəsi ilə yanaşı mütləq şəkildə iş vəsiqəsidə olmalıdır.

Əks halda, karantin rejiminin pozulması faktı kimi həmin şəxslər cərimələnəcək.

Qeyd edək ki, qaydalara əsasən vətəndaşlara zəruri olan halda evdən çıxmağa icazə verilir - ərzaq məhsulları, dərman pereparatlarının alınması, məişət tullantılarının atılması üçün və ya həyatınız üçün hər-hansısa təhlükə yaranarsa!

O ki, qaldı karantin günlərində vətəndaşlardan iş vəsiqəsi ilə yanaşı, həm də çalışdığı müəssisədən xüsusi arayışın istənilməsinə, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini bildirdi ki, hər iki sənədi eyni anda təqdim etməyə ehtiyac yoxdur.

Qeyd edək ki,martın 31-dən etibarən ölkədə xüsusi karantin rejiminin növbəti mərhələsinin icrasına başlanılıb. Bu mərhələdə daha çox məhdudiyyətlər tətbiq olunur. Qaydalara əməl etməyənlərə qarşı ciddi cəza tədbirləri görüləcək.

Mənbə: www.realtv.az