Sumqayıt şəhəri və Abşeron rayonundan paytaxta girişə məhdudiyyət qoyulub - FOTO

Sumqayıt şəhəri və Abşeron rayonundan paytaxta girişə məhdudiyyət qoyulub - FOTO

Sumqayıt şəhəri və Abşeron rayonundan paytaxta girişə məhdudiyyət qoyulub.

Masazır dairəsində, Qafqaz Universitetinin yaxınlıqdakı dairədə və Masazırda duz gölünün yaxınlığında postlarda sürücü və sərnişinlərin sənədləri yoxlanılıb. Bakı qeydiyyatı olmayan sürücü və sərnişinlər paytaxta buraxılmayıb.

Abşeron Rayon Polis İdarəsinin baş inspektoru Əli Cavadovun verdiyi məlumata görə, qoyulan məhdudiyyətə əməl etməyənlər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə edilib.

Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlaradakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur.

Xüsusi karantin rejimi ərəfəsində xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

 

Mənbə: sia.az