“Disney” əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərir

“Disney” əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərir

“The Walt Disney Company” kompaniyası koronavirus səbəbindən ABŞ ərazisindəki bütün şöbələrinin əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərmək qərarına gəlib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, köməkçi personlar məzuniyyətə aprelin 19-dan başlayaraq gedəcək. Ümumilikdə neçə nəfərin işsiz qalacağı və onların məzuniyyətinin nə qədər davam edəcəyi dəqiqləşdirilmir. Əməkdaşlar tibbi sığortadan istifadə etməyə davam edəcəklər. Bundan əlavə, onların işsizlik müavinəti almaq üçün müraciət etmək imkanı olacaq.

Bazar ertəsi “CNN” telekompaniyasının verdiyi xəbərə görə, “The Walt Disney Company”nin rəhbərləri Bob Ayqer və Bob Çapek öz maaşlarını azaldıblar.

 

Mənbə: qafqazinfo.az