Hansı sürücülərin şəhərdə hərəkətinə icazə verilir? - DYP-dən CAVAB - VİDEO

Hansı sürücülərin şəhərdə hərəkətinə icazə verilir? - DYP-dən CAVAB - VİDEO

Ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında ötən gün saat 8-dən bu gün saat 8-dək 447 nəqliyyat vasitəsi geri qaytarılıb.

Zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1243 nəfərin barəsində isə cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır. Bununla əlaqədar Xırdalan şəhərində və digər qəsəbələrdə, həmçinin Sumqayıtda polis postları qurulub.

AzTV-nin əməkdaşı Bakı-Sumqayıt yolunun 25-ci kilometrliyindən “Xəbərlər” proqramına birbaşa bağlantıda hansı sürücülərin polis postlarından buraxıldığı, bu gün neçə sürücünün cərimələndiyi barədə ətraflı məlumat verib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Eldar Məmmədov müsahibəsində bildirib ki, 2 aprel tarixində saat 12:00-a kimi 6 vətəndaş inzibati qaydada cərimələnib.

Mənbə: baku.ws