Agentlik: İcazə SMS-i alan, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması karantin rejiminin pozulması sayılacaq

Agentlik: İcazə SMS-i alan, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması karantin rejiminin pozulması sayılacaq

"Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün qərarları qüvvədədir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

O qeyd edib ki, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət də qüvvədədir: "Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslər icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır. Eyni zamanda fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq".

Mənbə: apa.az