Koronavirusa qarşı immun sistemimiz yarana bilər? - Mütəxəssislərdən ümidverici açıqlamalar

Koronavirusa qarşı immun sistemimiz yarana bilər? - Mütəxəssislərdən ümidverici açıqlamalar

Kovid-19 virusuna yoluxub sağalanların orqanizmində bu xəstəliyə qarşı müqavimətin yaranması ehtimalı var.

Publika.az xəbər verir ki, Almaniyanın Helmholtz İnfeksiya Araşdırmaları Mərkəzinin virusoloqu Melain Brinkmen və Qieben Universiteti Virologiya İnstitutunun rəhbəri Fraydmann Veber yeni tip koronavirusa qarşı xəstələrin qanının antikor ifraz etdiyini açıqlayıb.

Mütəxəssislərin digər koronavirus növlərindən əldə etdiyi təcrübəyə görə, xəstələnib sağalmış insanın bədəninin infeksiyadan sonra bir və ya iki ilə qədər müqavimət göstərmək ehtimalı var.

Almaniya İmmunologiya Dərnəyinin sədri Tomas Kamradt bildirib ki, Kovid-19-a yoluxanlar pandemiyanın bitməsindən bir neçə il sonra belə yeni infeksiyaya qarşı immunitetli olacaq. O, bu günə qədər qazanılmış təcrübələrə əsasən, bədənin antikor ifraz edərək yeni infeksiyalara qarşı müdafiə mexanizmi yarada biləcəyini söyləyib: “Lakin bu mexanizmin nə qədər davam edəcəyi qandakı antikorun çoxluğunun faizinin azalmasından asılıdır”.

Ştutqart Marienhospital Kliniki Laboratoriya İnstitutunun direktoru Matiyas Ors isə antikorların başqa infeksiyaya davamlı olub-olmayacağının dəqiqləşmədiyini deyib.

Zümrüd

Mənbə: publika.az