Elçin Şıxlı: "Bütün məsələləri kənara qoyub, bir yerdə koronavirus kimi bəlanın öhdəsindən gəlməliyik" - "İqtidar-müxalifət ayrı-seçkiliyi olmamalıdır" Demokrat.az

Elçin Şıxlı: "Bütün məsələləri kənara qoyub, bir yerdə koronavirus kimi bəlanın öhdəsindən gəlməliyik" - "İqtidar-müxalifət ayrı-seçkiliyi olmamalıdır" Demokrat.az

Prezident İlham Əliyevin koronavirusla mübarizəyə dəstək verilməsi çağırışlarına "Ayna" və "Zerkalo" mətbu orqanlarının kollektivi də qoşulub.


Demokrat.az xəbər verir ki, sözügedən KİV-lərin kollektivi tərəfindən toplanılan ianə vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.


"Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.az-a açıqlamasında bildirib ki, koronavirusdan qorunmaq üçün cəmiyyətdə ümumi həmrəyliyə ehtiyac var:


"Anlamaq lazımdır ki, koronavirusa müəyyən ünsiyyətlərdən təcrid olmaqla qalib gəlmək olar. Bunun üçün də konkret nümunələr var. Hətta, "demokratiyanın beşiyi" sayılan Avropada da bu gün koronavirusla mübarizə aparılması üçün kəskin addımlar atılır. Bu da təbiidir. Çünki İtaliya və İspaniyada, ABŞ kimi dünyanın "super gücü" hesab olunan dövlətlərdə koronavirus daha geniş yayılıb, bu dövlətlərdə virusdan ölənlərin sayı artıq Çini ötüb. Bu baxımdan Azərbaycan daha tədbirli olmalıdır. Digər dövlətlərdən fərqli olaraq, Azərbaycanın əhalisi çox deyil. Azərbaycanın da koronavirusdan qorunması biz vətəndaşlardan asılıdır. Yəni, burada iqtidar-müxalifət ayrı-seçkiliyi olmamalıdır. Azərbaycan kimi əhalisi az olan ölkələrdə könüllülərin də rolu danılmazdır. Ona görə də xalqımız və dövlətimiz həmrəy olub, bu virusun öhdəsindən bir yerdə gəlməliyik. Koronavirus bəlası başa çatandan sonra isə digər məsələlər barədə müzakirələr aparmaq olar. Hesab edirəm ki, indiki halda biz bütün məsələləri kənara qoyub, bir yerdə koronavirus kimi bəlanın öhdəsindən gəlməliyik".


Zaur Hacılı
Demokrat.az

Mənbə: demokrat.az