Nəqliyyatda sıxlıq müşahidə olunur - Karantin rejimi qaydaları pozulur

Nəqliyyatda sıxlıq müşahidə olunur - Karantin rejimi qaydaları pozulur

Metro bağlandıqdan sonra paytaxtda ictimai nəqliyyatda günün müxtəlif vaxtlarında sıxlıq müşahidə edilir. Bu gün səhər saatlarında da ekspress və müntəzəm marşrut xətlərini gözləyən insanlar arasında yenə də sıxlıq yaşanıb. Gözləmə yerlərində 10-dan çox adam bir yerə toplaşıb və bununla da karantin rejiminin tələbləri pozulub. Karantin qaydlarının pozulduğu marşrut xətlərindən biri də 14 saylı müntəzəm marşrut xətti olub. Bununla bağlı sosial şəbəkədə foto paylaşan sərnişinlər avtobusların gec gəldiyini və buna görə də, sıxlıq yaşandığını bildiriblər.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bunu vətəndaşların karantin qaydalarına əməl etməməsi ilə əlaqələndirib.

atv.az

Mənbə: www.atv.az