Bölgələrdə karantin rejiminə necə əməl olunur? - Tələbləri pozan şəxslər aşkarlanıb

Bölgələrdə karantin rejiminə necə əməl olunur? - Tələbləri pozan şəxslər aşkarlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində bölgələrdə də xüsusi karantin rejimində tələbləri pozan vətəndaşlara qarşı reydlər keçirilib.

XAÇMAZ

Xaçmazda xüsusu karantin rejiminin tələbini pozulması halları aşkarlanıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi nəzarət tədbirləri zamanı qaydanı pozan 10 obyekt sahibi və 20 vətəndaş məsuliyyətə cəlb olunub. Onlar polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

MİNGƏÇEVİR

Mingəçevirdə də karantin rejimini pozanlar saxlanılıb. Onların arasında avtomobillə qeydiyyatda olmadığı şəhərə daxil olmağa cəhd edənlər, həmçinin parkda qrup halında gəzənlər də var.

TOVUZ

Tovuzda da xüsusi karantin rejimini pozan şəxslər aşkarlanıb. Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə edilib və əks halda, tələblərə əməl etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılıb.

ASTARA

Astarada da Rayon Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər çərçivəsində sakinlərlə profikatiki söhbətlər aparılır, yaşadıqları ünvana qaytarılması təmin olunur. Ümumilikdə bu günədək Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər şəxs barəsində inzibati qaydada tədbir görülüb.

Ölkəmizdə hər gün koronavirusa pandemiyasına yaxalanan vətəndaşlarımızın sayı artmaqdadır. Bu mənada qaydalara əməl etməklə, hər kəsin, həm özümüzün, həm də sevdiklərimizin bi infeksiyaya yoluxmasının qarşısını ala bilərik.

atv.az

Mənbə: www.atv.az