Şəxsi maşınından bu şəxslər istifadə edə bilər – NK

Şəxsi maşınından bu şəxslər istifadə edə bilər – NK

Əgər şəxs SMS-icazə alıbsa, ona icazə verilən 2 saat müddətində öz avtomobilindən sərbəst istifadə edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Real TV-yə açıqlamasında 5 aprel saat 00:00-dan qüvvəyə minəcək yeni karantin şərtləri ilə bağlı danışarkən deyib.

O bildirib ki, şəxsi avtomobil üçün əlavə SMS-icazəyə ehtiyac yoxdur.

İ.Məmmədov xüsusi vurğulayıb ki, SMS-icazə aldıqdan sonra şəxsi avtomobilindən istifadə etmək istəyən şəxs sərnişin daşıya bilməz. Əgər onun maşınında sərnişin olarsa, onun da mütləq şəkildə SMS icazəsi olmalıdır. Əgər onun SMS-icazə almadığı məlum olarsa, həmin şəxs xüsusi karantin rejimini pozmuş sayılacaq və barəsində müvafiq tədbir görüləcək.

Mənbə: axar.az