Maska taxmayana cəza yoxdur, amma... – Məmmədov

Maska taxmayana cəza yoxdur, amma... – Məmmədov

Tibbi maska qıtlığı var, düzdür. Əlbəttə, “maska yoxdur” demək doğru deyil, ancaq qıtdır. Nəzərə alın ki, hazırda bütün dünyada tibbi maska qıtlığı yaşanır.

Axar.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Real TV-nin efirində “maska taxın” tələbinin əks-reaksiyalar doğurmasına və tibbi maska tapa bilməyənlərin iradlarına cavab olaraq deyib.

Tibbi maska taxmamağa görə cəzanın olmadığı xatırladılan proqramda İ.Məmmədov bildirb:

“İqtisadiyyatın qanunauyğunluğu var ki, hər hansı məhsula birdən-birə yüz dəfələrlə tələb artırsa, onda qıtlıq yaranır”.

Mənbə: axar.az