Lüksemburqda virus daşıyıcılarının 51 faizini kişilər, 49 faizini isə qadınlar təşkil edir

Lüksemburqda virus daşıyıcılarının 51 faizini kişilər, 49 faizini isə qadınlar təşkil edir

Paris, 4 aprel, AZƏRTAC

Lüksemburqda COVID-19 virusuna yoluxanların sayı 2 min 612-yə, ölənlərin sayı isə 31-ə çatıb. Son sutka ərzində 125 yeni yoluxma və 1 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Naziri və Səhiyyə naziri mətbuat açıqlamasında bildiriblər.

Baş Nazir görülən tədbirlərin səmərəli olduğunu diqqətə çatdırıb.

Səhiyyə naziri qeyd edib ki, yeni yoluxma halları azalıb və epidemiya stabilləşmə mərhələsindədir.

Qeyd edilib ki, koronavirus xəstələrinin orta yaş həddi 86-dır. Virus daşıyıcılarının 51 faizi kişilər, 49 faizi isə qadınlardır.

Artıq 21min 463 test edilib, 33-ü intensif müayinədə olmaqla 232 nəfər xəstəxanalara yerləşdirilib. 174 xəstə sağalaraq evə buraxılıb. Ümumilikdə 500 nəfər sağalıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

Mənbə: azertag.az