Orbitdə 300 gündən artıq vaxt keçirən kosmonavtdan özünütəcridlə bağlı tövsiyələr

Orbitdə 300 gündən artıq vaxt keçirən kosmonavtdan özünütəcridlə bağlı tövsiyələr

Rusiyalı kosmonavt özünütəcrid dövründə ruhdan düşməməyin yollarından danışıb.

Bu barədə RT xəbər verib.

Bildirilir ki, 55 yaşlı Andrey Borisenko orbitə iki dəfə səfər edib və orada 337 gün vaxt keçirib.

O, koronavirus pandemiyasına görə evdə qalmaq məcburiyyətində olan şəxslərə vaxtlarını necə keçirmələri barədə maraqlı tövsiyələr verib.

“Təkcə ev işləri və təmizliklə, kompüterinizi qaydaya salmaq, yaxud yığılan sənədləri çeşidləməklə özünüzü məşğul edə bilməzsiniz. Daha xoş zaman keçirmək mümkündür - sevimli kitablarınızı bir daha oxuya, yaxud da yeni, fərqli kitabları mütaliə edə bilərsiniz”.

Kosmonavt qohumlar və dostlarla ünsiyyəti də unutmamağı tövsiyə edib.

Mənbə: www.oxu.az