Millət vəkili fərdi sahibkarların dövlətdən nə qədər yardım alacağını AÇIQLADI

Millət vəkili fərdi sahibkarların dövlətdən nə qədər yardım alacağını AÇIQLADI

Azərbaycan pandemiyadan sonrakı dövr üçün operativ və aydın məqsədli tədbirlər planına malikdir. Hazırlanan geniş dəstək proqramına əsasən, dövlət böhrandan çıxmaq üçün dörd sektor və 20 istiqamət üzrə doqquz proqram hazırlayıb. Doqquz proqram daha 2,5 milyard manatlıq yardımı nəzərdə tutur.
Bunu Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib.
Elnur Allahverdiyev deyib ki, təqribən 290 min fərdi və ya mikro sahibkar da dövlətin himayəsini hiss edəcək: "Fərdi sahibkarın iqtisadi imkanları bu xarakterli böhranlar üçün çox həssasdır. Bu səbəbdən, dövlət mikro sahibkarlıqla bağlı xüsusi plana malikdir. Məsələn, fərdi sahibkar 2019-cu ildə ödədiyi vergilərə müvafiq birbaşa maddi dəstək görəcək". (demokrat.az)

Mənbə: www.yeniavaz.com