Koronavirusun təhlükəli xüsusiyyəti barədə xəbərdarlıq

Koronavirusun təhlükəli xüsusiyyəti barədə xəbərdarlıq

Alimlər koronavirusun təhlükəli xüsusiyyəti barədə xəbərdarlıq ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Nature" nəşri məlumat yayıb.

Məlumata görə, yeni koronavirus hava ilə ötürülə bilər. Lakin, nəşr aydınlaşdırır ki, hazırda bu nəzəriyyəyə inandırıcı bir sübut yoxdur. Beləliklə, məsələn, ÜST-nin səhiyyə sahəsində fövqəladə hallar proqramının direktoru Maykl Rayan hava yoluxucu infeksiyaların asimptomatik daşıyıcılardan ötürülmə ehtimalının mövcud olduğunu söyləyib, lakin bildirib ki, infeksiyaların 90 faizdən çoxu xəstəliyin simptomları olan insanlardan ayrılan damçılar vasitəsilə baş verir.

Mənbə: sia.az