“Yağışlı hava koronavirusun yayılmasını azaldır” iddiası nə dərəcədə doğrudur?

“Yağışlı hava koronavirusun yayılmasını azaldır” iddiası nə dərəcədə doğrudur?

“Koronavirus 10-12 həftə ərzində bitəcək ki, bu da təxminən may ayının əvvələrinə təsadüf edir”

Bəziləri ümid edir ki, mövsümlə əlaqədar havanın temperaturu artdıqda və yaxud yağış yağdıqda koronavirusun yayılması dayanır.

Qeyd edək ki, havaların isinməsi ilə koronavirusun bitəcəyi ilə bağlı iddialar çoxdur. Bir qism alimlər də bunu COVİD-19 virusunun mövsümü xəstəliklər olan zökəm və qripə yaxın olması ilə əlaqələndirir. Beləliklə də koronavirusun davranışlarına əsaslanaraq, onun baharın gəlişi ilə azalacağı təxmin edilir.

Bəziləri isə bildirir ki, koronavirus digər viruslar kimi quru havada tez yayılır. Bu baxımdan yağışlı hava zamanı virusun yayılma sürəti aşağı düşür.

Bəs yağışlı hava havaların koronavirusu azaltdığı iddiaları nə qədər doğru ola bilər?

Tələbələrin nədən zəhərləndiyi mütləq açıqlanmalıdır" - Professor ...

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Sadəcə yağış yağanda havada olan su, toz hissəciklərinin hamısı yerə hopur. Bu baxımdan hava xeyli təmizlənir. Amma bunun koronavirusun yayılmasına ilə bağlı bir önəmi yoxdur. Pandemiyanın başa çatması üçün əsas və vacib məsələ insanlar arasında sosial məsafənin gözlənilməsidir. Çünki canlı insan burada əsas yoluxma mənbəyidir. Həmçinin izolyasiya, karantin tədbirlərinin həyata keçirliməsi, virusun kütləvi yayılmasının qarşısının alınması üçün dezinfeksiya işlərinin aparılması bu məsələdə önəm daşıyır. tədiblərridr. Biz bunlara əməl etsək virus yavaş-yavaş 10-12 həftə ərzində bitəcək ki, bu da təxminən may ayının əvvələrinə təsadüf edir”.

Mənbə: moderator.az