Hacıqabul polisi yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edib

Hacıqabul polisi yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edib

Hacıqabul, 4 aprel, Mahir Babayev, AZƏRTAC

Koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın göstərişi əsasında gücləndirilmiş iş rejimində fəaliyyət göstərən polis əməkdaşları, eyni zamanda, fəaliyyət göstərdikləri ərazilərdə vətəndaşlara humanitar yardımlar da edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal!” kampaniyasına qoşularaq karantin rejimi zamanı daxili imkanlar hesabına aztəminatlı ailələrə və tənha yaşayan yaşlı insanlara ərzaq yardımı göstəriblər.

Aksiya zamanı imkansız ailələrə ərzaq yardımı göstərilməklə yanaşı, onlarla profilaktiki söhbətlər aparılıb.

Qeyd edilib ki, görülən karantin tədbirləri dövlətimiz tərəfindən atılan məcburi addımlar olsa da, bu, vətəndaşlar arasında koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi daşıyır.

Mənbə: azertag.az