Fövqəladə vəziyyət vətəndaşlara maddi güzəştlər etməmək üçün elan olunmur? - Ekspertlər danışır

Fövqəladə vəziyyət vətəndaşlara maddi güzəştlər etməmək üçün elan olunmur? - Ekspertlər danışır

Son günlər ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən müxtəlif tədbirlər görülür. Vətəndaşlara hərəkət məhdudiyyəti qoyulub, sms-icazə tətbiq edilib. Ekspertlər hesab edir ki, fövqəladə vəziyyət tətbiq etmədən hərəkət məhdudiyyəti və sms-icazə tətbiqi antikonstitusiondur. Çünki fövqəladə hal tətbiq olunsa, əhali bir çox maddi öhdəliklərdən azad ola bilər. Əslində necədir, hərəkət məhdudiyəti və sms-icazə, #evdəqal tələb olunursa hökümət niyə fövqəladə vəziyyət rejiminə keçmir?

"Fövqəladə vəziyət rejimi olsaydı, bütun bunları dövlət qarşılamalı idi..."

Hüquqşünas Ələsgər Məmmədli Criminal.az-a açıqlamasında bildirdi ki, hazırki durumda Azərbaycanda fövqəladə vəziyyətin elan edilməməsi üçün iki səbəb ola bilər. Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin elan edilməsi qanunda bütün ölkə üçün nəzərdə tutulımayıb, ölkənin bir hissəsi üçün nəzərdə tutulub.

"Digər səbəb o ola bilər ki, fövqəladə vəziyyət rejimində hökümətin ayrıca öhdəlikləri yaranır. Əgər insana çölə çıxma deyirsənsə, o zaman əməkhaqını istər özəl istərsə də, dövlət qurumunda dövlət qarşılamalıdır. İndiki halda, karantin rejimində isə yalnız dövlət müəssisələri dayandırılıb, onların əməkhaqqıları sıfırlanıb. Lakin özəl müəssisələrdə, günəmuzd işləyən şəxslər hər hansı bir formada, heç kim tərəfindən itkilərinin qarşılanması nəzərdə tutulmayıb. Fövqəladə vəziyət rejimi olsaydı, bütun bunları dövlət qarşılamalı idi. Buna görə də fövqəladə vəziyyət rejimi elan etmirlər. Hər iki səbəb keçərli ola bilər" - ekspert bildirdi.

Ə.Məmmədli qeyd edir ki, Azərbaycanda son tətbiq olunan rejim 1992-ci il tarixli qanunla tətbiq olunur. Halbuki 1995-ci ilə ölkə konstitutsiyası qəbul olunub və orada müəyyən məhdudiyyətlər var.

Ələsgər Məmmədli

"İcra strukturunun təkbaşına bunu etməsi konstitutsiyada müəyyən olunandan artıq məhdudlaşdırmadır"

"İnsan hüquq və azadlıqlarına gətirib çıxaracaq məhdudiyyətlər 71-ci maddədə göstərilib ki, yalnız qanunla mümkündür, eyni zamanda fövqəladə, hərbi vəziyyət rejimində hüquq və azadlıqlar qismən beynəlxalq öhdəliklər nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Ayrıca 2002-ci ildə insan hüquq və azadlıqlarının təminatı haqqında konstitutsiya qanunu qəbul olunub. Həmçinin qanunda da hüquq və azadlıqların məhdudlaşdırılması yalnız qanunla və müvəqqəti ola biləcəyi göstərilib. Hər iki sənəd - istər konsitutsiya, istərsə də insan hüquq və azadlıqlarının təminatı haqqında konstitutsiya qanununda göstərilir ki, icra strukturları hüquq və azadlıqları məhdudlaşdıra bilməz. Bu hal yalnız qanunla mümkündür.

Hazırda Nazirlər Kabinetinin yoluxucu xəsləliklərlə mübarizəyə dair istinad etdiyi qanun 1992-ci ildə qbul olunduğu üçün orada ümumi ifadə var ki, hansısa xəstəlik yayıldığı zaman müvafiq icra hakimiyyəti önləyici tədbirlər görür. Amma o tədbirlərin mahiyyəti orda sayılmayıb. Konkret olaraq göstərilməyib ki, insanların səyahət azadlıaqları məhdudlaşa bilər və ya başqa məqamlar ola bilər. Belə bir yoluxucu xəstəlik varsa, sözsüz ki, müxtəlif rejimlər tətbiq oluna bilər. Amma bu rejimlər tətbiq olunan zaman bunlar hamısı qanunda göstərilmiş olmalıdır. İcra strukturu düşünərək gündə bir qərar verməli deyil.

Qanunda göstərilməlidir ki, bunun çərçivəsi nədir və nə qədər tətbiq oluna bilir. Halbuki həmin qanunu 25-ci maddəsində heç bir formatda göstərilməyib ki, hüquq və azadlıqlar necə məhdudlaşa bilər. Ona görə də baş verən bu məsələ hüquqi və konstitusion hüquq baxımından xeyli mübahisəlidir. Mövcud qanunda konkret olaraq hansı hüquq və azadlıqların məhdudlaşdırıla biləcəyi olmadığı üçün icra strukturunun təkbaşına bunu etməsi konstitutsiyada müəyyən olunandan artıq məhdudlaşdırmadır. Bu da 71-ci maddənin məqsədlərinə xidmət etmir"-Ə.Məmmədli bildirdi.

"Fövqəladə vəziyyətin elan olunması müəyyən vətəndaşların xeyrinə ola bilər"

Vəkil Elçin Sadıqov hesab edir ki, fövqəladə vəziyyət tətbiq etmədən Hərəkət məhdudiyyəti və sms-icazə tətbiqi real olaraq insanları fövqəladə vəziyyət durumuna salıb. Vəkilin sözlərinə görə, hazırda tətbiq olunann qadağaları həyata keçirmək üçün fövqəladə vəziyyət elan etmək lazım idi. Fövqəladə vəziyyət elan edilmədən hazırki real fövqəladə vəziyyətinqadağalarına xas məhdudiyyətlərin tətbiq olunması qanunsuzluqdur.

Elçin Sadıqov

E.Sadıqov deyir ki, fövqəladə vəziyyət rejimində birmənalı olaraq iqtisadi müqavilələrdə, banklarda götürülmüş kreditləridə və digər öhdəliklərdən rejim müddətində azad edən hallar mövcuddur. Ona görə də, fövqəladə vəziyyətin elan olunması müəyyən vətəndaşların xeyrinə ola bilər.

Deputat Fazil Mustafa tətbiq olunan qadağalar güzgün sayır. O, Criminal.az-a açıqlamasında bildirdi ki, hökumətin ölkədə baş verən eksterimal vəziyyətlə bağlı konkret addımlar atmaq səlahiyyəti var:

"Konstitutsiya davası aparılır, yoxsa sağlamlıq?"

"Hamı bilir ki, ölkədə indiki vəziyyətdə ÜST-nin və başqa ölkələrin təcrübəsində hansı addımlar varsa Azərbaycan da onları atır. Burda vətəndaşın marağına zidd addım atılıb ki? Hökumət bunu insan hüquq və azadlıqlarının məhdudlaşdırılılması üçün edir, yoxsa insanların sağlamlığı üçün? Konstitutsiya davası aparılır, yoxsa sağlamlıq? Aprelin 9-da parlamentin iclasında da, məsələ müzakirə olunacaq. Lazım olarsa, müvafiq qərarı qəbul edəcək. Mümkündür ki, fövqəladə vəziyyət elan olunsun. Hökümət mövcüd situasiyanı qiymətləndirəcək, parlamentə təklif olunsa baxılacaq. Təklif olunsa ki, fövqəladə vəziyyət elan olunsun, bunu parlament elan edəcək.

Fazil Mustafa

"Hökümət ajiotaj yaratmamaq üçün fövqəladə vəziyyətə getmir"

F.Mustafa qeyd edir ki, hökümət ajiotaj yaratmamaq üçün fövqəladə vəziyyətə getmir. Fövqəladə vəziyyət elədir ki, ölkəni tam təcriddə saxlayır. Əslində fövqəladə vəziyyətin bütün komponentləri hazırkı vəziyyədə tətbiq olunub. Hökumət bunu siyasi məqsədlə etsəydi başadüşülən olardı. Hökumət qadağaları vətəndaşların sağlamlığı üçün edibsə, bundan niyə narazılıq ifadə olunur? Axı burda siyasi məqsəd yoxdur. Məsələ ciddidir ki, hökümət təcili addımlar atır.

"Doğru izah deyil ki, fövqəladə vəziyyət rejimi tətbiq olunarsa kreditlər, ödənişlər ertələnəcək. Rusiyada və Avropa ölkələrdə də güzəştrlər oldu. Hazırda hökümət karantin rejiminin üstündə dayanıb. Bunun da səbəbi vəziyyəti sərtləşdirməməklə bağlıdır. Hökümət bəzi qadağalara addım-adım keçməyə çalışır ki, insanlar buna alışsın. Lazım gələrsə adını qoyacaqlar fövqəladə vəziyət. Fövəladə vəziyyət o demək deyil ki, borcunu qaytarmayacaqsan, sadəcə tələb olunacaq ki, küçəyə çıxma. İşıq yandırırsansa pulunu verməlisən. Hökümət güzəşt edə bilər ki, ödəniş iki ay ertələnsin. Fövqəladə hal bir rejimdir. Amma fövqəladə vəziyətlə bağlı heç bir güzəşt yoxdur, bunu hökümət öz qərarları ilə edə bilər. Kommunal ödəmələrdə də problemlər varsa, hökümət bunu addım-adım qarşılayacaq", F.Mustafa vurğuladı.

Mənbə: criminal.az