İctimai nəqliyyatda pulsuz maskalar paylanır, sürücülər isə... - Türkiyədə ÖRNƏK ADDIM

İctimai nəqliyyatda pulsuz maskalar paylanır, sürücülər isə... - Türkiyədə ÖRNƏK ADDIM

Türkiyənin İstanbul şəhərində koronavirusla mübarizə tədbirləri çərçivəsində ictimai nəqliyyatdan istifadə edən vətəndaşlara tibbi maska paylanır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ictimai nəqliyyatdan istifadə edənlərə maska taxmaq məcburiyyəti tətbiq edilən meqapolisdə maskasız şəxslər geri qaytarılmır. Əvəzinə onlara pulsuz tibbi maskalar verilir.

Paytaxt Ankarada isə ictimai nəqliyyat sürücüləri xüsusi şəraitdə qorunmağa başlanıb. Onların kabinlərini sərnişinlərin təmasından qorumaq məqsədilə şəffaf plastik örtük çəkilib.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar mediaya açıqlamasında ölkədə 1 həftə ərzində 1 milyon maska, 5 min qoruyucu geyim, 5 min litr dezinfeksiyaedici istehsal olunduğunu açıqlayıb.

Zümrüd

Mənbə: publika.az