ABŞ-da ölü sayı artır

ABŞ-da ölü sayı artır

Çinin Uhan şəhərində meydana gələn və qısa zamanda dünyaya yayılan koronavirusdan ən çox ölü sayısına görə birinci yerdə olan ABŞ-da ölümlər günü-gündən artır.

Unikal.org ABŞ KİV-ə istinadən məlumat verir ki, dünyada milyonlarla insanda görülən koronavirus epidemiyası səbəbiylə ABŞ-da son 24 saat ərzində 1105 nəfər həyatını itirib.

Belə ki, ABŞ-da ümumi olaraq koronavirusdan ölənlərin sayı 7 min 163-ə, yoluxanların sayı isə 300 minə çatıb.

Qeyd edək ki, ABŞ-da koronavirusdan əziyyət çəkənlərin sayı rekord səviyyədə göstərilir.

Mənbə: www.unikal.org