Yaponiya koronavirus əleyhinə dərmanı dünya ölkələrinə pulsuz paylayacaq

Yaponiya koronavirus əleyhinə dərmanı dünya ölkələrinə pulsuz paylayacaq

Yaponiya koronavirus infeksiyasının müalicəsinə yaxşı təsir edən “Avgina “dərmanını yeni növ koronavirus (COVİD-19) infeksiyasının müalicəsi üçün istəyən ölkələrə pulsuz verəcək.

“Ölkə.Az” NHK telekanalına istinadən xəbər verir ki, Yaponiya “Avigan” preparatını dünya ölkələrinə yardım kimi paylayacaq.
Bu barədə məlumat verən Yaponiya hökumətinin sözçüsü Suga Yoşihide keçirdiyi mətbut konfransında bildirib ki, hazırda 30 ölkə Yaponiyaya dərman yardımı üçün müraciət edib. Onun sözlərinə görə, Yapon firmasının qrip əleyhinə istehsal etdiyi “Avigan” dərmanı hazırda koronavirusla müalicədə təsirlərini öyrənmək məqsədi ilə klinik testlərdən keçirilir. Dərman Yaponiyada və Çində təcrübədən çıxıb və öz müsbət nəticəsini verib.
Yapon hökumətinin rəsmisi əlavə edib ki, bu dərmanlar müraciət edən ölkələrə pulsuz və tələbləri səviyyəsində yardım kimi veriləcək.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az