Tibb işçilərinin koronavirusa yoluxması barədə TƏBİB-dən AÇIQLAMA- Özəl

Tibb işçilərinin koronavirusa yoluxması barədə TƏBİB-dən AÇIQLAMA- Özəl

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlandığı barədə xəbərlər yayılıb. Bildirilib ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb. Onların arasında tibb bacıları, laborant və xadimələr var.

Məlumatın hətta, Mərkəzdən Oxu.Az-a təsdiq edildiyi deyilir.

Bununla bağlı SONXEBER.AZ- danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva xəbəri təkzib edib:

"Bizdə elə bir xəbər yoxdur. Təbib bu xəbəri təsdiqləmir. Kimsə soruşmadan yazıb. Biz hər gün elan olunan xəstələrin hansı peşə sahibi, hansı rayondan olduğunu ayrı- ayrı demirik".

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az