DİQQƏT: Gözləriniz qızarıbsa, həkimə gedin - Koronavirus...

DİQQƏT: Gözləriniz qızarıbsa, həkimə gedin  - Koronavirus...

Koronavirus bədənə gözlərdən, ağızdan və burundan daxil olur.

Redaktor.az bildirir ki, türkiyəli professor Banu Coşar virusa gözlər vasitəsilə yoluxmamaq üçün bəzi qaydalara riayət eməli olduğunu söyləyib:

"Əvvəla, xəstə bir insan danışdıqda və ya öskürdükdə ağzından və burnundan virus damcıları digər insanın üzünə hopur. Bu damcılar gözlər, ağız və burun vasitəsilə orqanizmə keçir. Göz yaşına, birbaşa gözlərə edilən təmas infeksiyanın yayılmasına şərait yaradır. Üzərində virus olan bir əşyaya toxunduqdan sonra əllərimizi gözümüzə vursaq, virus gözlərimizə keçəcək".

Həkim koronavirusun gözlərdə qızarma kimi dəyişiklik göstərdiyini də əlavə edib:

"Koronavirus olan gözlərdə "konjonktivit" adlanan qızartılar olur. Bu, koronavirusa yoluxmuş insanların 1-3%-də müşahidə olunur. Gözləriniz qızarıbsa, həyəcanlanmayın, çünki bu, qəti olaraq koronavirus anlamına gəlmir. Digər səbəblər də ola bilər".

Mənbə: redaktor.az