Gölün suyu çəkildi — Ortaya çıxan mənzərə görənləri heyrətə saldı

Gölün suyu çəkildi  — Ortaya çıxan mənzərə görənləri heyrətə saldı

Türkiyənin Artvin vilayətində Çoruh çayı üzərində tilikən Deriner su anbarının suyunun çəkilməsi nəticəsində, suyun altında qalan Yusifli rayonunun Narlık kəndi üzə çıxıb. Suyun enməsindən sonra Narlık kəndinin məscidi, məktəbləri, qəbristanlığı, körpülər, evlər üzə çıxıb.

Narlık kəndinin köçürülən sakinləri bu mənzərənin ortaya çıxmasından sonra kəndlərinin indiki vəziyyətini, evlərini görmək, əzizləri və yaxınlarının qəbrlərini ziyarət emtək üçün kəndə üz tutublar.

Kəndin indiki halını görənlər heyrətlənərək, gördükləri mənzərədən kövrəliblər.

Ortaya çıxana mənzərini təkcə Narlik kəndinin keçmiş sakinləri yox, eyni zamanda digər kənd, qəsəbə vəşəhər sakinlərinin ciddi marağına səbəb olduğundan əraziyə gələrək, ortaya çıxan mənzərəni seyr edirlər. Burada fotolar və selfi çəkdirirlər.

Deriner su anbarı Hideroelktrik Su Elektrik Stansiyası kimi istifadə edilir. Su anbarının təməli 1988-ci ildə Türkiyə Prezidenti Süleyman Dəmirəlin dövründə qoyulub.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az