ÜST-dən qorxunc açıqlama: koronavirusdan ən çox gənclər ölə bilər

ÜST-dən qorxunc açıqlama: koronavirusdan ən çox gənclər ölə bilər

Xəstəliyin ağır yolu getdikcə sağlam həyat tərzi keçirən gənclərdə qeydə alınır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Corona 24” nəşri 4 aprel şənbə günü ÜST-ə istinadən yayıb.

“Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun gənc və sağlam insanlar arasında yayılmasını aşkar edib. Onlarda xəstəliyin ağır bir gedişatı müşahidə olunur” deyib.

Bu barədə ÜST nümayəndəsi Marqaret Harris məlumat verib:

“İndi gənclər arasında xəstələnmə nisbətinin artdığını görürük, xəstəliyin simptomlarının və gedişatının olduqca ağır olduğuna diqqət yetiririk”.

ÜST nümayəndəsi əlavə edib: “Virusun yayılması o qədər geniş yayılıb ki, indi bütün insanlar yoluxa bilər”.

Təşkilat qeyd edib ki, koronavirusa yoluxanlar arasında sağlam həyat tərzi sürən insanlar və idmançılar var.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az