Alnı soyuq, ciyəri ağ - VİDEO

Alnı soyuq, ciyəri ağ - VİDEO

Dünya qlobal istiləşmə yaşayır. Amma bu dəfə yer kürəsinin deyil, insanların hərarəti yüksəlir. Bəşəriyyət bir tərəfdən alnının hərarətini 36,6 səviyyəsində saxlamaq, digər tərəfdən yanacağın qiymətindəki soyumanın qarşısını almağa çalışır. Hərarət yüksələrkən dünyanın da başı öz oxu ətrafında fırlanmaya bilər, bəlkə də bu sözün hər iki mənasında başa düşüləndi. İllərdir Avropa nümunəsini hər fürsətdə qanunnaməyə çevirənlər və qərbdəki rəqəmləri əlində bayraq edənlər üçün daha bir nümunə. Bu gün Azərbaycan həmrəylik və həmrənglik göstərərək bütün ölkələrin bayraqlarını göz bəbəyi Bakıda nümayiş etdirir. Həmrəngliyimiz deyəndə dərimizi nəzərdə tutmuram. Axı hamımızın ciyəri ağdı. Hamımız bu gün koronavirus sınağından alnısoyuq, ciyəri ağ çıxmağa çalışırıq. Digər tərəfdən düşünürəm, çalışırıqmı? Evdə qal şüarını lağlağıya çevirənlər bu sözü ağıya çevirməmiş susmayacaqlar. Məgər bütün dövlətlər kimi öz sərhədlərini bağlayan Azərbaycan da evdə qalmayıbmı? Azərbaycan söz olaraq hüdudlarına sığınmayıbmı? Səndən nə tələb olunur? Təkcə bu sözün son hecasını qorumaq.

Mənbə: www.realtv.az