COVID-19 bu yolla ötürülmür

COVID-19 bu yolla ötürülmür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yoluxması ilə bağlı ən çox yayılmış fikirlərdən birini rədd edib.
e-tibb.az xəbər verir ki, ÜST-ün açıqladığı məlumata görə, COVID-19 hava yolu ilə ötürülmür, çünki virus damcıları çox ağır olduğuna görə havada qala bilmir.

İnfeksiyanın ötürülməsi sağlam bir insanın yoluxmuş şəxslə yaxın təması zamanı baş verir. Buna görə ÜST, infeksiyanın yayılmasının qarşısını almaq üçün bir daha bunları vurğulayıb:

1. Ən azı 1 metr məsafə saxlamaq;
2. Səthlərə toxunmamaq;
3. Əlləri tez-tez yumaq, dezinfeksiya etmək.

Milli.Az

Mənbə: news.milli.az