Xüsusi karantin rejimi tətbiq ediləndən bu günədək 18 min 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb

Xüsusi karantin rejimi tətbiq ediləndən bu günədək 18 min 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb

Xüsusi karantin rejimi tətbiq ediləndən bu günədək 18 min 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən gün isə 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2 min 189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib. Baş Dövlət Yol Polisi İdarəsindən bildirirlər ki, ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir.

Vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur.

atv.az

Mənbə: www.atv.az