İtalyanın koronavirusdan təsirlənməyən qəsəbəsi - Montaldo Torinese

İtaliyada koronavirus epidemiyası səbəbiylə hər gün yüzlərlə insan həyatını itirir, ölkənin Şimal Piedmont bölgəsində olan bir qəsəbə Montaldo Torinese sakinləri həyatlarına normal şəkildə davam edir. Ölümcül pandemiyanın kəndə çatmamasına səbəb kimi Montaldodakı quyudan çıxan möcüzəli su göstərilir.

Montaldo Torinese qəsəbəsi, təkcə şənbə günü 3,658 yeni KOVİD-19 yoluxmasının açıqlandığı Torinodan təxminən 19 kilometr uzaqlıqdadır. İtalyanın virusdan ən çox təsirlənən dördüncü bölgəsi olan Piedmont daxilində isə bazar günü 8.206 yoluxma açıqlandı.

İtalyanın Şimal Piedmont bölgəsində iştirak edən Montaldo Torinesenin əhalisi olduqca yaşlıdır, ancaq qəsəbə eyni zamanda gənc ailələrə də ev sahibliyi edir. Həmçinin qəsəbədə, Torinoya iş üçün gedib gələn bir çox insan var. Gaiotti, qəsəbənin epidemiyadan qorunmasının əsas səbəbinin təmiz havası və sağlam həyat tərzi ola biləcəyini söyləyir. Hadisələrin ortaya çıxdığı ilk andan etibarən qəsəbədəki insanları koronavirusa qarşı xəbərdar etdiklərini ifadə edən Gaiotti, bütün ailələrə üz maskası payladıqlarını və bu sayədə epidemiyanın yayılmasını önlədiklərini ifadə etdi.

 

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşır

SONRAKI XƏBƏR

Kapitalın hərəkətinə nəzarət gücləndiriləcək