Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır

Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır

Rusiyanın Vektor Dövlət Tədqiqat Mərkəzinin direktoru Rinat Maksyutov Rusiyanın Birinci kanalında yayımlanan “Ölümcül virus” filmində COVID-19 infeksiyasına qarşı peyvəndin meymunlar üzərində sınağının başlanmasından danışıb.
 

Modern.az xəbər verir ki, bundan öncə dərman siçan və gəlinciklər (dələkimilər fəsiləsinə aid heyvan cinsi) üzərində sınaqdan keçirilib. Sınaqlar göstərib ki, bu vaksin koronavirusa qarşı toxunulmazlığı inkişaf etdirmək iqtidarındadır.

Meymunlarla bağlı aparılan sınaq və araşdırmalar aprel ayının sonuna qədər davam edəcək, bundan sonra onlar preklinik sınaq mərhələsinə keçəcəklər.

Rinat Maksyutov bildirib ki, növbəti mərhələ artıq birbaşa insanlar üzərində sınaqların aparılması olacaq.

Onun sözlərinə görə, bu cür sınaqların iyun ayında başlaması ehtimal olunur, lakin bunun üçün vaksinin laboratoriya müayinəsi səviyyəsində göstərilməsi və klinik sınaqların ilk mərhələsinin aparılması üçün Səhiyyə Nazirliyindən icazə alınmalıdır.

Mənbə: modern.az