100 yaşlı kişi koronavirusa qalib gəldi - FOTO

100 yaşlı kişi koronavirusa qalib gəldi - FOTO

İranın Qum şəhərində koronavirusa yoluxan 100 yaşlı kişi sağalaraq xəstəxananı tərk edib.

Axşam.az xəbər verir ki, bir həftədir Furkani xəstəxanasında müalicə alan Məhəmməd Əli Əfşari adlı şəxs bu gün sağlığına qoşularaq evinə geri dönüb. O, sosial media üzərindən xəstəxanada çalışan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, İran koronavirus qurbanlarının sayına görə dünya ölkələri arasında ilk sıralarda yer alır. belə ki, qonşu ölkədə pandemiyadan ölənləri sayı 3 603, yoluxanların sayı isə 58 226 nəfərdir.

Mənbə: axsam.az