Praktik jurnalistlərimizə bir mesaj- Cahangir Məmmədlidən

Praktik jurnalistlərimizə bir mesaj- Cahangir Məmmədlidən

Canımız, əzizimiz jurnalistlərimiz! Bu gün siz də qəhrəman həkimlərimiz, bizi qoruyan polis işçilərimiz kimi koronavirusla müharibənin ön cəbhəsindəsiniz. Bu gün hamı kimi bizim jurnalist tələbələrimiz də koronavirus "tətili"ndədirlər. Biz onlara mümkün dərsləri onlayn formada keçirik. Ancaq tələbələrimiz əsl dərslərini sizdən- ön cəbhədə qəhrəmanlıq göstərən jurnalistlərimizdən alırlar. Siz camaatı maarifləndirmək üçün koronaviruslu xəstələrlə xəstəxana çarpayısı önündə birbaşa söhbət aparıb həqiqəti bizə çatdıran canlı reportajlar təqdim edirsiniz. Sizin bu qəhrəmanlığınız mənə Qarabağ uğrundakı döyüşlərdə fədakarlıq göstərən, Vətən yolunda canını fəda etmiş jurnalistlərimizi xatırladır.
Allah özü sizi qorusun! Bu gözəgörünməz müharibədən uğurla çıxacağıq! Vətən sizin bu fəaliyyətinizi həmişə qiymətləndirəcək.
Cahangir Məmmədli

 

Mənbə: olaylar.az