Koronavirus əlaməti hiss edərkən nə etməli? - Doktor Komarovski

Koronavirus əlaməti hiss edərkən nə etməli? - Doktor Komarovski

Tele-aparıcısı və həkim Yevgeni Komarovski öz şəxsində olmaqla Yutub kanalında koronavirus infeksiyası əlamətləri aşkarlandığı təqdirdə nə etmək lazım olduğundan danışıb.

Qaynarinfo xəbər verir ki, o, əvvəlcə son günlərdə əlaqə saxladığı iş yoldaşlarına və ya başqa şəxslərə zəng edib bu haqda xəbərdarlıq edəcəyini bildirib.

Komarovski deyib ki, belə halla qarşılaşarsa, həyat yoldaşının evdən çıxmasını qadağan edəcək, heç kim də onun mənzilinə girməməlidir. "Kompot hazırlayaram, çay dəmləyərəm, içdikcə içərəm", - Komarovski deyib. O, çoxlu meyvə yeməyi də düşünür. Boğaz ağrısı olarsa, xüsusi sormalar soracaq. Temperatur əhəmiyyətli dərəcədə yüksəlsə, o zaman Komarovski parasetamol qəbul edəcək.

Komarovski otaqdakı temperaturu da yoxlayacaq - 20 dərəcədən yüksək olmamalıdır. Bundan əlavə, o, havanın rütubətini yoxlayacaq - təxminən 50-55% olmalıdır. Antivirus dərmanların istifadəsi də daxil olmaqla immunitet sisteminə zərər verə biləcək başqa bir tədbir də görməyəcək. "Litrlərlə maye qəbul etmək və meyvə yemək", - Komarovski nə edəcəyini açıqlayıb.

Alpər

Mənbə: qaynarinfo.az