546 gün kosmosda tək qalmış kosmonavtdan izolyasiyada olanlara məsləhət

546 gün kosmosda tək qalmış kosmonavtdan izolyasiyada olanlara məsləhət

"Həyəcana qapılmayın, maraqlı şeylərlə məşğul olun, kitab oxuyun”.

Qaynarinfo xəbər verir ki, bu sözləri kosmosda 546 gün keçirən kosmonavt Pavel Vinoqradov izolyasi günlərində necə işləmək, ünsiyyət qurmaq və əylənmək lazım olduğundan danışarkən deyib.

"Bu, çox böyük çətinlikdir. Bəlkə də biz belə çətinliklərə hazır deyildik. Ancaq bundan sonra daha ağıllı olacağıq, yer üzündə səliqəylə yaşamağımız lazım olduğunu başa düşəcəyik. Hamısının ailəsi, qohumu, nənələri var. Həyat artıq başqa cürdür, diqqətimiz daha çox ona cəmlənib. Yalnız bir məsləhətim var – "həyəcana qapılmaq qlazım deyil", - astronavt RİA Novosti-yə verdiyi müsahibədə deyib.

Onun fikrincə, işinizi sevirsinizsə, o sizə pul və mənəvi məmnunluq gətirirsə, o zaman təcrid olunmaqdan zövq alacaqsınız.

"Maraqlı işlə məşğul olun, onda hər yerdə maraqla işləyəcəksiniz – istər Antarktidada, kosmosda, su altında olsun", - deyə Vinoqradov məsləhətində deyib.

Astronavt hesab edir ki, bu məqamda əvvəlcə sağlamlığımızı qorumaq barədə düşünməliyik, ondan sonra canlı ünsiyyətin yoxluğuna dözmək daha asan olacaq.

"Telefon, internet – bu dəmir parçaları duyğularımızı, əhval-ruhiyyəmizi çatdırmır. Yaxşı, bəs nə etməli? Yaşamaq istəyiriksə, ağıllı insanların qoyduğu müəyyən qaydalara əməl etməliyik. Əgər sizinçün şəxsən danışmağınız hər şeydən vacibdirsə, onun qiymətinin çox yüksək ola biləcəyini başa düşməlisiniz”, - deyən kosmonavt buna görə də köhnə və sübut edilmiş əyləncəli yola - kitab oxumağa üstünlük verir. Onun sözlərinə görə, həqiqətən, bu və ya digər əsəri bir neçə dəfə təkrar oxumağı sevir.

Alpər

Mənbə: qaynarinfo.az