Bir xəstə neçə nəfərə koronavirus yoluxdura bilər?

Bir xəstə neçə nəfərə koronavirus yoluxdura bilər?

Koronaviruslu xəstə 5 sutka ərzində daha 2-3 nəfəri bu virusu yoluxdura bilər.

Axar.az xəbər verir ki, bu barədə çinli həkimlərin araşdırmasında deyilir.

Bildirilir ki, məhz bu templə ay ərzində 400 nəfər COVİD-19-un daşıyıcısına çevrilə bilər.

Araşdırmaya görə, bu artım faizi daha çox ehtiyat tədbirləri görülməyən toplum üçün keçərlidir.

Qeyd edək ki, ÜST-ün son rəqəmlərinə görə, dünyada COVİD-19-a yoluxanların sayı 1 milyonu ötüb.

Mənbə: axar.az