Hindistanda koronavirusa qarşı milyonlarla şam yandırılıb - FOTOLAR

Hindistanda koronavirusa qarşı milyonlarla şam yandırılıb - FOTOLAR

Hindistanda aprelin 5-də yerli vaxtla axşam saat 9-da milyonlar insan mənzillərində elektrik lampalarını yandırmaqla, habelə eyvanlarda şam və ya mobil telefon vasitəsilə 9 dəqiqə işıq saçmaqla COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik nümayiş etdiriblər.

Yenicag.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, aksiya Baş Nazir Narendra Modinin “Saat 9-da 9 dəqiqə” (9pm – 9 min) çağırışı ilə baş tutub. O, bu aksiyanın pandemiyadan əziyyət çəkən dünyaya təsirli mesaj olacağını ümid etdiyini deyib. Aksiyaya sadə insanlarla yanaşı, dövlət rəsmiləri, tanınmış şəxslər, kino və şou-biznes ulduzları da qoşulublar.

Qeyd edək ki, Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 3588, ölənlərin sayı isə 99 nəfərdir. Ölkə martın 25-dən etibarən 21 günlük karantin rejimindədir.

Mənbə: yenicag.az