"HƏR EVƏ ƏRZAQ” adlı geniş xeyriyyə kampaniyası başlandı-  İBRƏTAMİZ...-FOTOLAR

"HƏR EVƏ ƏRZAQ” adlı geniş xeyriyyə kampaniyası başlandı-  İBRƏTAMİZ...-FOTOLAR

Ən şətin vəziyyətdə olan insanlara yardımları məşhurlar, deputatlar, idmançılar, ictimai xadimlər çatdırır...

Dağıstanda özünü təcrid şəraitində çətin durumda qalan respublika sakinlərinə dəstək olmaq üçün "HƏR EVƏ ƏRZAQ" adı altında geniş xeyriyyə tədbiri keçirilir.

Moderator.az bu haqda yerli mediaya istunadla xəbər verir.

Aksiyanın təşkilatçısı olan “İnsan” Vəqfinin mətbuat xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində özünütəcridetmə rejimi səbəbindən risk altında qalan 2 min ailə üçün 5000 dəst zəruri mal alınıb. Bunlar tənha ahıl, pensiyaçılar və analar, dul qadınlar, çətin həyat şəraitində yaşayan və heç bir qazancı olmayan çoxuşaqlı ailələrdir.

Yardım qutuları ünvanlara aralarında məşhur idmançılar, deputatlar, görkəmli şəxsiyyətlər və ictimai xadimlər də olan könüllülər tərəfindən çatdırılacaq.

Sultan Laçın

 

Mənbə: moderator.az