Koronadan sonra bu şəxslər işini itirəcək - Araşdırma

Koronadan sonra bu şəxslər işini itirəcək - Araşdırma

Turizm üzrə ekspertlər, fitnes, dəb və stasionar iaşə sferasında çalışan şəxslər pandemiyadan sonra işlərini itirmək təhlükəsi ilə üzləşə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Mütərəqqi Təhsil İnstitutunun araşdırmasında deyilib.

“Fitnes-mərkəzləri müştərilərini itirə bilərlər. Deməli, bəzi müəllimlər özlərinə yeni iş axtarmalı olacaqlar. Belə olan halda gənc məşqçilər rəqabətsiz mühitlə qarşılaşacaqlar”, - araşdırmada deyilib.

Bundan əlavə, qeyd edilir ki, 1,2 milyon insana birbaşa təsir edən COVİD-19 virusu rəqəmsallaşma və avtomatlaşdırılmanın inkişafına təkan verdi. Bu səbəbdən kiçik analitiklər, hüquq məsləhətçiləri, bank menecerləri, əczaçılar, rieltorlar, tədbir təşkilatçıları, tərcüməçilər, müəllimlər və repititorlar risk altında qalırlar.

Mənbə: axar.az