Çin dünyanı korona ilə bağlı aldatdı - Cahanpur

Çin dünyanı korona ilə bağlı aldatdı - Cahanpur

Koronavirusun yeni yayıldığı vaxtlarda Çinin açıqladığı rəqəmlər kədərli bir zarafat idi.

Axar.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur deyib.

"Dünyanın bir çox ölkələrində insanlar Çinin açıqladığı saxta rəqəmlərə baxıb, koronavirusun təhlükəli olmadığını düşündülər. Yəni Çin itkilərinin bir hissəsini gizlətdi. Biz virusun Çində 2 ay sonra nəzarət altına alındığını görürük. Bu məsələ üzərində çox ciddi şəkildə düşünməliyik", - o bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ kəşfiyyatı da Çinin ölü sayını ört-basdır etdiyini açıqlamışdı.

Mənbə: axar.az