Hərəkətin məhdudlaşdırıldığı Sumqayıt özünə xas olmayan sükuta qərq olub FOTOREPORTAJ

Hərəkətin məhdudlaşdırıldığı Sumqayıt özünə xas olmayan sükuta qərq olub  FOTOREPORTAJ

Sumqayıt, 6 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Xəbər verdiyimiz kimi, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb. Həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində artıq vətəndaşların evdən çıxması SMS-lə icazə əsasında həyata keçirilir.

Ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində xüsusi karantin rejiminin tələbləri ilə əlaqədar vətəndaşların evdən çıxmasına tətbiq olunan məhdudiyyətlər icra edilir. Daxili Qoşunların hərbçiləri ilə birlikdə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərinin icrasına tam nəzarət edirlər.

Cənubi Qafqazın ikinci iri sənaye mərkəzi Sumqayıt aprelin 5-də özünə xas olmayan sükuta qərq olub.

AZƏRTAC hərəkətin daha da məhdudlaşdırıldığı Sumqayıtdan fotoreportaj təqdim edir.

Mənbə: azertag.az