Dünyada və Azərbaycandakı karantin rejimi

Koronavirus pandemiyasına görə dünyanın əksər ölkələrində karantin rejimi elan edilib. Azərbaycan da martın 24-dən xüsusi karantin rejiminə keçib. Bu günə qədər xüsusi karantin rejiminin qaydalarına iki dəfə dəyişiklik edilib.

Dəyişikliklər nəticəsində qaydalar sərtləşdirilib. Nəticədə bu gün zərurət olmadan icazəsiz evdən çıxmaq qadağandır. Bəzi vətəndaşlar qaydaların sərtləşdiriliməsindən narazıdır. Lakin onlar fərqinə varmır ki, qaydaların sərtləşdirilməsi infeksiyaya yoluxma halının kütləvi xarakter almaması üçündür.

Məsələn, Fransada yaşayan soydaşlarımız Yenisabah.az-a bildirib ki, burada zərurət olmadığı halda evdən çıxmaq qadağandır. Fransa hökuməti küçəyə çıxmaq üçün 6 qayda müəyyənləşdirib. Fransa vətəndaşları aşağıdakı hallarda küçəyə çıxa bilərlər:

1. Fəaliyyəti dayandırılmayan və online fəaliyyəti mümkün olamayan sahələrdə işlədikləri halda.

2. Ərzaq almaq və təməl ehtiyacları qarşılamaq üçün.

3. Tibbi xidmət üçün. Əgər bu online və ya telefonla mümkün deyilsə.

4. Ailəvi səbəblərdən uşaqlara, yaxud yaşlılara baxmaq üçün.

5. Qısamüddətli çıxış hallarında (Bu, 1 saat müddətində toplu olmamaq və evdən 1 km radiusda gəzişmək şərtilə. Bunun üçün də səbəb olmalıdır. Ailə ilə hava almaq, yaxud ev heyvanını gəzdirmək bura daxildir)

6. Məhkəmə və ya inzibati çağırışlar zamanı.

7.Hökumətin çağırışı ilə ümumi mənfəətə xidmət edən missiyalarda istirak hallarında.

İspaniyada isə maska və əlcəksiz küçəyə çıxmaq qadağandır. Həmçinin insanlar yalnız zəruri hallarda - ərzaq almaq, aptekə getmək üçün – çıxa bilərlər. İspaniyada karantim rejiminin pozulmasına görə cərimələr də yüksəkdir. Pozuntudan asılı olaraq cərimələr 600 avrodan 30 min avroya qədər yüksəlir.

Eyni qaydalar İtaliyada da tətbiq edilib. Burada hətta insanlar supermarketlərə toplu halda buraxılması qayda pozuntusudur. İnsanlar supermarketə iki-iki buraxılır. Digərləri isə çöldə aralarında 1 metr məsafə saxlamaqla gözləyir.

 

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Moskvada Covid-19-dan ölənlərin sayı artdı

SONRAKI XƏBƏR

Sabiqlərin Fonda ianə məbləği ikrah doğurur