Mənzillərin qiyməti ucuzlaşdı EKSPERT RƏYİ-ÖZƏL

“Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında həm qiymətlərdə, həm də aktivlikdə azalma müşahidə edilir. Ümumilikdə daşınmaz əmlak bazarında mart ayı ərzində 2.6 faiz ucuzlaşma qeydə alınıb”. Bu fikirləri SİA-ya açıqlamasında ramil Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

O bildirib ki, mənzillərin qiymətində də 7.27 faiz ucuzlaşma olub: “Belə ki, kvadrat metri 921 dollara təklif olunan mənzillər ötən ay 854 dollara düşüb. Ucuzlaşma daha çox orta və aşağı qiymətli mənzillərdə müşahidə olunur. Bahalı mənzillərin qiyməti isə təxminən 1 faiz azalıb”.

Onun sözlərinə görə, dünyada neftin qiymətinin kəskin ucuzlaşması fonunda insanların valyuta ilə bağlı ehtiyatlılığı nəticəsində qarşıdakı aylarda əmlak bazarında müsbət dinamika gözləmək mümkün deyil.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda koronavirusu öldürən elektron maska icad edildi

SONRAKI XƏBƏR

Naxçıvanda baş həkim işdən çıxarıldı - Virusa yoluxmuş şəxslərlə təmasda olub