Koronavirusla mübarizəyə dəstək vermək üçün həkimlərə meyvə göndərdi - FOTO

Koronavirusla mübarizəyə dəstək vermək üçün həkimlərə meyvə göndərdi - FOTO

Belçikanın Sint-Tröyden şəhərində yerləşən xəstəxanalardan birinin heyəti koronavirus pandemiyası ilə mübarizədə onlara dəstək verən tennisçi Kim Klaystersə təşəkkür edib.

Fanat.Az xəbər verir ki, sabiq dünya "bir nömrə"si xəstəxanaya meyvə səbəti göndərib. Personal üzvü Sofi Vanvinqin feysbuk hesabı vasitəsi ilə paylaşdığı təşəkkür mesajında qeyd olunub:

"Gücümüzü və formamızı necə qoruyub saxlayırıq? Təbii ki, bu vitaminlər sayəsində. Kim Klaysters, sizə, ailənizə və komandanıza təşəkkür edirik".

Fanat.Az

Mənbə: fanat.az