Koronavirusdan sağalan tibb işçiləri yenidən iş başında! – Hamı onlardan danışır

Koronavirusdan sağalan tibb işçiləri yenidən iş başında! – Hamı onlardan danışır

Türkiyənin Rizə şəhərində koronavirusa yoluxan iki tibb işçisi tam sağaldıqdan sonra yenidən çalışdıqları xəstəxanaya dönüblər.

Yenisabah.az xəbər verir ki, 43 yaşlı Ahmet Uysal və 35 yaşlı Dərya yazıcı 15 gün ərzində əvvəlki sağlamlıqlarına qovuşublar.

Dərya Yazıcı yerli mətbuata açıqlamasında özünü yaxşı hiss etidyini deyib: “Panikaya düşməyə ehtiyac yoxdur. İnsan iradəsi bütün xəstəliklərə qalib gəlməyə qadirdir. Sadəcə, bir qədər cəsur olmaq lazımdır”.

Çalışdıqları xəstəxanalara dönən hər iki tibb işçisi iş yoldaşları tərəfindən alqışlarla qarşılanıblar.

Mənbə: yenisabah.az