“Azərbalıq”ın sabiq prezidenti də əfvə düşdü

“Azərbalıq”ın sabiq prezidenti də əfvə düşdü

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Əfvə düşən tanınmış şəxslərdən biri də “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevdir.

Yenisabah.az xatırladır ki, Ənvər Mustafayev 2015-ci ilin fevralında 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, dələduzluqda təqsirləndirilirdi. Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, Ənvər Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.

Mənbə: yenisabah.az