Həmrəylik göstərmək zamanıdır

Həmrəylik göstərmək zamanıdır

“EuroSport” MMC bütün növ idman avadanlıqlarının satışı, quraşdırılması, idman meydançalarının qurulması, əyləncə mərkəzlərinin oyun aparatları ilə təchizatı, bilyard və tennis stollarının satışı sahəsində də fəaliyyət göstərir.

“EuroSport” MMC “Volksgym”, “Adidas”, “Nike”, “Reebok”, “Skechers”, “Sartor”, “GreenHill”, “Everlast”, “Mondo”, “Kettler”, “Body-Solid”, “Donic”, “Butterfly”, “Stiga”, “Dunlop”, “Wilson”, “NordicTrack”, “Proform”, “Proteus”, “İmpulse”, “Technogym”, “Speedo”, “Arena”, “VİA Bowling”, “Junckers”, “Hatko”, “Spieth”, “Erhard Sport”, “Eleiko”, “York Fitness”, “FAR”, “Body-Sculpture”, “Fest”, “Ruptur”, “Crown”, “Aramith” ilə əməkdaşlıq edir.

"EuroSport"un təklif etdiyi məhsullar sırasına minlərlə çeşiddə bodibildinq, fitnes və turizm üçün nəzərdə tutulan avadanlıqlar və aksesuarlar daxildir. Xarici təchizatçılarla uzun müddətli əməkdaşlığın nəticəsi olaraq, müştərilərə ucuz qiymətlərə keyfiyyətli məhsullar təklif etmək imkanımız var. Bununla yanaşı, məhsulların çeşidləri mütəmadi olaraq, genişlənir və yenilənir.

“VOLKS SPORT” mağazası “EuroSport” MMC-nin tərkibində fəaliyyət göstərir. Mağazada bütün növ idman avadanlıqlarının satışı, quraşdırılması, idman meydançalarının qurulması, əyləncə mərkəzlərinin oyun aparatları ilə təchizatı, bilyard və tennis stollarının satışı həyata keçirilir. Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyası artıq dünyanın 203 ölkəsinə yayılıb.

Prezidentin İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Bu baxımdan, “VOLKS SPORT” mağazası əhalinin sağlamlığının qorunması və koronavirusla mübarizəyə dəstək məqsədilə Koronovirusla Mübarizəyə Dəstək Fonduna 5000 ( beş min AZN) manat ödəyib.

Mənbə: www.oxu.az