Harvard Universiteti ödənişsiz onlayn dərslər təklif edir

Harvard Universiteti ödənişsiz onlayn dərslər təklif edir

Hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu bir çox ölkələrdə milyonlarla insan işə getmək və ya övladlarını məktəbə aparmaq üçün sərf etdikləri zamanı indi boş vaxt kimi dəyərləndirirlər.

"Report" xəbər verir ki, karantin rejiminin iş yerlərinin bağlanmasına səbəb olduğunu nəzərə alsaq, insanlar iş həyatından kənarda qalırlar. Bəziləri işlərini evlərindən idarə edə bilmək kimi şansa sahib olsa da, bundan məhrum olanlar bacarıqlarını inkişaf etdirmək üçün imkanlar axtarırlar.

Məhz bunu nəzərə alaraq, Harvard Universiteti beynəlxalq tələbələrə 405 pulsuz onlayn kurslar təklif edir.

Həmin kurslar İncəsənət və Dizayn, Biznes, Kompüter elmləri, İnformasiya elmi, Təhsil və Tədris, Səhiyyə və Tibb, Humanitar elmlər, Riyaziyyat, Proqramlaşdırma, Sosial elmlər kimi sahələri əhatə edir.

Əlavə məlumat üçün linkə daxil olun: https://online-learning.harvard.edu/catalog/free

Mənbə: report.az