Rumıniyada koronavirusa yoluxanların sayı artdı

Rumıniyada koronavirusa yoluxanların sayı artdı

Rumıniyada dünəndən etibarən COVID-19 virusuna daha 193 nəfər yoluxub.

“Report” “Digi 24”ə istinadən xəbər verir ki, hökumət nəzdində yaradılmış Strateji Əlaqələr Qrupunun verdiyi açıqlamaya görə, pandemiya nəticəsində 157 nəfərin dünyasını dəyişdiyi ölkədə yoluxanların sayı 4 057 nəfərə çatıb.

Bundan əvvəl hökumət koronavirusa 3 864 yoluxandan 148 nəfərin öldüyünü, 406 xəstənin də sağaldığını bildirmişdi.

Mənbə: report.az