Ermənistanda 6 polis koronavirusa yoluxdu

Ermənistanda 6 polis koronavirusa yoluxdu

Ermənistan polis rəsinin müavini Hayk Mqryan ölkədə 6 polis əməkdaşının koronavirusa yoluxduğunu açıqlayıb.

“Report” “Aysora” istinadən xəbər verir ki, o, aprelin 6-da keçirdiyi mətbuat konfransında hazırda 16 polis əməkdaşının koronavirusa görə təcrid edildiyini bildirib.

Qeyd edək ki, Ermənistanda 833 nəfər virusa yoluxub, 8 nəfər isə bu infeksiyadan ölüb.

Mənbə: report.az