“Epidemiya nə vaxt bitəcək?” sualına Türkiyəli alimdən açıqlama

“Epidemiya nə vaxt bitəcək?” sualına Türkiyəli alimdən açıqlama

Dünyada yeni növ koronavirus epidemiyası davam edərkən, yoluxanların və ölümlərin sayının gündən-günə artması müşahidə olunur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyada, xüsusən də ABŞ-da şöhrət qazanan Türkiyəli Prof. Dr.Mehmet Öz koronavirus epidemiyası ilə bağlı bir sıra sualları cavablandırıb.

Belə ki, Dr. Mehmet Özə “Epidemiya nə vaxt başa çatacaq?” sualına: “Virusun nə zaman yavaşacağını və ya tamamilə bitəcəyini proqnozlaşdırmaq çox çətindir. Aprel və May aylarında sosial məsafə qaydaları gözlənilərsə koronavirus sayına təsir edəcək və yayılmasını yavaşlatacaq” deyə cavablandırıb.

Mənbə: www.unikal.org